Ruslan Quliyev prezidentlik kürsüsünü təhvil verdi - MÜSAHİBƏ

 

Xəbər verdiyimiz kimi, Bakı şəhərində Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası baş tutub.

Tədbir çərçivəsində Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti Ruslan Quliyev Turizmplus.az saytına açıqlamasında 1 il boyunca görülən işlər və gələcək planlar haqqında danışıb:

"Keçən dövrdə Avropanın Tarixi Termal Şəhərlər Assosiasiya üzvlüyünə qəbul olunan Qalaaltıda Assambleyanın toplantısında iştirak etdik. Bir sıra beynəlxalq tədbirlərin tərəfaşı olduq və Qlobal Sağlamlıq Turizm Şurasına üzv ölkələrin ekspertərinin bölgələrə səfərini təşkil etdik. Bundan başqa keçən bir ildə seminarlar və ikitərəfli görüşlər keçirilib.

5-ci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur. Ancaq bu son deyil. Biz yenə də idarə heyyətində təmsil olunuruq. Gələcəkdə bir neçə ölkənin təşkilatçılığı ilə Qafqazda, Balkanlarda, Türkiyədə və Çində müxtəlif sağlamlıq turizm tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Biz də Azərbaycanı bu tədbirlərdə təmsil edəcəyik".

Qeyd edək ki, 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçil