Rusiyanın iki şəhərindən Qəbələyə uçuşlar başlayacaq

 

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azur Air" aviaşirkətinə iki şəhərdən Azərbaycana uçuşlar keçirməyə icazə verib.

Turizmplus.az Trend-ə istinadən xəbər verir ki, yeni icazə əsasında aviaşirkət Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər təşkil edəcək.

Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq.

Reyslərin tarixləri hələlik açıqlanmayıb.

Paylaş