Rusiyalı vətəndaşlar daha çox hansı ölkələrə səyahət edir ? - AZƏRBAYCANA GƏLƏNLƏRİN SAYI

 

Bu ilin yanvar-iyun aylarından Rusiyadan Azərbaycana 352,8 min nəfər səfər edib. 

Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 6 ay ərzində rusiyalılar xaricə 21,2 milyon dəfə səfər ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Rusiya vətəndaşları ən çox Türkiyə və Finlandiyaya gedib. Belə ki, son 1 ildə Türkiyəyə səfərlər 16% artaraq 2,74 milyona, Finlandiyaya səfərlər isə 5% artaraq 1,8 milyona çatıb. 

Hesabat dövründə Rusiyadan Qazaxıstana 1,5 milyon (+7,3%), Çinə 1,2 milyon (+16%), Ukraynaya 1,08 milyon (-1%) dəfə səfər reallaşdırılır. Sonrakı yerləri Estoniya (886,2 min), Almaniya (686,2 min), Tayland (686,6 min) və Gürcüstan (657,2 min) tutub.

II populyar ölkələrin onluğunda isə İtaliya (636,7 min), Polşa (549 min) və Birləşmiş Ərəb Əmirlikləri (517,3 min) gəlir. Sonrakı yerləri İspaniya (461,7 min), Kipr (361 min), Azərbaycan (352,8 min), Litva (339,6 min), Vyetnam (314 min), Fransa (275,3 min), Yunanıstan (275 min) və Çexiya (267,7 min) kimi ölkələr tutub.

Bu ilin ilk 6 ayında səfərlərdə ən ciddi artım Gürcüstan (+29%) və Özbəkistan (+40%) istiqamətlərində qeydə alınıb. 

Paylaş

Əvvəlkİ

Gürcüstan hava limanlarında sərnişin azalması yaşanır - STATİSTİKA

Sonrakı

Что должны знать туристы о новых правилах посещения Венеции

Abunə olun

Xəbərlərimizə abunə olun