Rusiya sanatoriyalarına İNFO-TUR - ÖDƏNİŞSİZ

 

“Pegas Touristik” şirkəti Rusiyanın müalicəvi otelləri istiqamətində informativ tur təşkil edəcək.

Turizmplus.az xəbər verir ki, 17.11.2019-26.11.2019 müddətində keçiriləcək info-tura Rusiyanın bir neçə regionu daxildir:

- Pyatiqorsk
- Jeleznovodsk
- Yessentuki
- Kislovodsk
- Arxız
- Dombay

Nəzərinizə çatdıraq ki, info-turda iştirak ödənişsizdir. Buna 4 və 5 ulduzlu sanatoriyalarda yerləşmə, qidalanma (FB), proqram üzrə transfer, ekskursiyalar, kanat yolu daxildir, Bakı-Min.vod-Bakı aviabileti daxil deyil.

Qeyd edək ki, info-turda hər agentlikdən 1 əməkdaş iştirak edə bilər. "Pegas Touristik" reklam turunda iştirakçının informasiyası yanlış olduğu ehtimalı halında sorğunu ləğv etmək hüququnu öz üzərinə götürür.

İnfoturda iştirak sorğunuza nəzər yetirmək üçün linkdən iştirak anketini yükləyib doldurmaq lazımdır.

Qeydiyyata alınmış sorğuları direktorun imza və möhürü ilə info@pegast.az mail adresinə yönləndirməyiniz xahiş olunur. 
 

Paylaş

Əvvəlkİ

Баку предложил Абу-Даби освободить граждан Азербайджана от виз при посещении ОАЭ

Sonrakı

Dünya səyahəti neçəyə başa gəlir ? - FƏRİD NOVRUZİ (II HİSSƏ)

Подписывайся

Подписывайся на нашу рассылку