“Routes Silk Road Networking - 2019” forumu sona çatıb

 

MDB və Asiya regionu üzrə beynəlxalq aviasiya forumu -  “Routes Silk Road Networking - 2019” sona çatıb.

Turizmplus.az xəbər verir ki, Qazaxıstanın Nur-Sultan şəhərində, iyulun 5-17 tarixlərində keçirilən beynəlxalq aviasiya forumunda Heydər Əliyev Beynəlxalq Aeroportu "Azərbaycan Hava Yolları" ilə birgə iştirak edib.

Tədbirdə aviaşirkətlər və aeroportlar arasında yeni istiqamətlərin açılması və inkişaf etdirilməsi, aviasiya sahəsində işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi kimi məsələlər müzakirə olunub.

Paylaş

Əvvəlkİ

Dubay Miqrasiya Xidməti uşaqlar üçün vizanı pulsuz etdi - YENİ QANUN

Sonrakı

Bakıda Hindistan Film Festivalı keçiriləcək - TARİXLƏR

Abunə olun

Xəbərlərimizə abunə olun