Rostov-Bakı birbaşa reysi açıla bilər

 

Rusiyanın “Azimut” aviaşirkəti Rostovdan Bakıya və Tel-Əvivə, həmçinin Krasnodardan Münhenə birbaşa aviareyslər açmaq niyyətindədir.

Bu ilin qış mövsümündə bütün lazımi razılıqları əldə etdikdən sonra aviaşirkət bir neçə reys açmağı planlaşdırır. Belə ki, Rostovdan Tel-Əviv və Bakıya, eyni zamanda Krasnodardan Münhenə birbaşa aviareyslərin açılışı gözlənilir.

Qeyd edək ki, “Azimut” aviaşirkəti Rostovun Platov və Krasnodarın Paşkovski hava limanlarından uçuşlar yerinə yetirir.

APA-Economics

Paylaş

Əvvəlkİ

Пекин расширит открытость в области культуры и туризма

Sonrakı

Türk Hava Yollarına aid təyyarə eniş zolağından çıxdı - QƏZA

Подписывайся

Подписывайся на нашу рассылку