Rostov-Bakı aviareysi açılır - RƏSMİ MƏLUMAT

 

Rusiyanın “İrAero” hava yolları şirkəti Rostov-Bakı və əksinə reysləri həyata keçirəcək.

Turizmplus.az aviaşirkətin rəsmi saytına istinadən xəbər verir ki, uçuşlar iyulun 6-dan etibarən şənbə günləri, “Suxoy Superjet 100” sərnişin təyyarələri ilə gerçəkləşdiriləcək. Uçuş müddəti iki saat təşkil edəcək. Təyyarə 12:50-də Bakıdan havaya qalxacaq və 13:50-də Rostova çatacaq. Əks istiqamətdə isə Rostovdan 15:00-da çıxacaq və 18:20-də Bakıya çatacaq.

Qeyd edək ki, bir istiqamətə biletin qiyməti 12 min rubldan (təxminən 315 manat - red.) başlayır.

 

Paylaş

Əvvəlkİ

Aİ-Azərbaycan Biznes Forumununda Turizm sektoru üzrə panel başladı - FOTOLAR

Sonrakı

MDB-nin ən yaxşı beş çimərliyi - SİYAHI

Подписывайся

Подписывайся на нашу рассылку