“RİA Novosti” agentliyi 8 Mart gününü Azərbaycanda keçirməyi təklif edir


Rusiyanın “RİA Novosti” xəbər agentliyi oxucularına 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə istirahət günlərini Azərbaycanda keçirməyi təklif edir.

Agentlik oxucularına baharın ilk günlərini bir neçə ölkədə, o cümlədən Azərbaycanda keçirməyi təklif edir. Materialda qeyd olunur ki, Azərbaycan paytaxtı həm Xəzərin ən böyük limanı, həm də Qafqazın ən iri şəhəridir. Burada qədim İçərişəhər müasir binalarla, o cümlədən Alov qüllələri ilə gözəl vəhdət təşkil edir. “RİA Novosti” Bakının görməli yerləri siyahısına Qız qalası, saraylar, məscidlər, parklar və xüsusilə də unikal Xalça muzeyini daxil edib.

AZƏRTAC

<