Rəcəb Tayyib Ərdoğan Dünya Türk Biznes Şurasının Bakı görüşünə qatılıb

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII iclasında iştirak etmək üçün Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) görüşünə də qatılıb.

Turizmplus.az xəbər verir ki, Bakı görüşündə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan, Şuranın sədri Nail Olpak, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, səfirlər, millət vəkilləri, onlarla yanaşı türk və azərbaycanlı iş adamları iştirak ediblər.

Çıxışına Bəxtiyar Vahabzadənin şeiri ilə başlayan Türkiyə prezidenti Azərbaycan-Türkiyə qardaşlıq münasibətindən danışıb, ölkələr arasında biznes əlaqələrinin günü-gündən inkişaf etdiyini, iqtisadi əlaqələrin gücləndiyini qeyd edib.

Tədbir iş adamlarının görüşləri və müxtəlif müzakirə mövzuları ilə davam edib. 

Paylaş

Əvvəlkİ

Azərbaycanın hava limanları 4 milyondan çox sərnişinə xidmət göstərib

Sonrakı

Səudiyyə Ərəbistanın turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri baş tutacaq

Подписывайся

Подписывайся на нашу рассылку