Quş dəstəsi ilə toqquşan AZAL təyyarəsinin sərnişinləri Moskvaya başqa bir təyyarə ilə uçublar

 

Bakıdan Moskvaya dünən yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Turizmplus.az xəbər verir ki, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçublar.

Paylaş