Qubada baş tutan "Alma Festivalı" bizim baxışımızla - FOTOREPORTAJ

 

Bu gün Qubada ənənəvi "Alma Festivalı" baş tutub.

Turizmplus.az xəbər verir ki, 2012-ci ildən etibarən keçirilən festivala bu il də maraq böyük olub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, bir sıra ölkələrin respublikamızdakı səfirləri, qonşu rayonların İcra Hakimiyyətlərinin başçıları da iştirak edib.

“Alma Festivalı”nın keçirilməsində məqsəd rayon iqtisadiyyatının əsasını təşkil edən meyvəçiliyin, xüsusilə də məşhur Quba almasının daha geniş miqyasda təbliğ olunması ilə yanaşı, Qubanın zəngin və qədim tarixini, gözəl adət-ənənələrini, mətbəxini, müxtəlif sənətkarlıq sahələrini, iqtisadi və turizm potensialını, mədəniyyətini, incəsənətini, rayonda mövcud olan multikultural və tolerant dəyərləri daha yüksək səviyyədə nümayiş etdirməkdən ibarətdir. 

Nəzərinizə çatdıraq ki, Festival haqqında geniş reportaj bazar ertəsi Turizmplus.az Facebook səhifəsində, saat 21:00-da "Xəbər vaxtı" proqramında yayımlanacaq.

Bu gün keçirilən Festivaldan fotoları izləyicilərimizə təqdim edirik:

 

Paylaş

Əvvəlkİ

Azərbaycan turizm bazarına yeni tur operator daxil olub - FOTOLAR

Sonrakı

Azərbaycan Turizm Bürosu tanınmış onlayn platforma ilə əməkdaşlığa başlayıb

Подписывайся

Подписывайся на нашу рассылку