Quba-Qusar regionunun turizm bələdçiləri üçün təlim keçirilib - FOTOLAR

 

Quba Destinasiya Menecmenti Təşkilatının təşkilatçılığı ilə Quba və Qusar rayonlarında yaşayan və turizm sahəsində fəaliyyət göstərən bələdçilər üçün təlimlər keçirilib.

Turizmplus.az xəbər verir ki, 9-11 noyabr tarixlərində Azərbaycan Turizm Bürosunun və Azərbaycan Turist Bələdçiləri Assosasiyasının dəstəyi ilə baş tutan təlimlər “Quba-Qusar iqtisadi regionu üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunu əhatə edib.

Regionun turizm və mədəniyyət sahələrində çalışan iştirakçılardan ibarət təlimdə Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova gəzinti, avtobus və məkan turları üzrə həm nəzəri, həm də praktiki bilikləri tədris edib.

Məkan turu üçün praktik ərazi olaraq Quba Soyqırımı Memorial Kompleksi, gəzinti və avtobus turu üçün isə Quba rayonunun mərkəzi və dağ yəhudi icmasının məskunlaşdığı Qırmızı qəsəbə seçilib.

Tematik marşrutlara Quba-Qusar regionunun ən çox ixtisaslaşdığı dağ-təbiət turizmi, dağ yəhudilərinin mədəni irsi, qış turizmi və etnoturizm kimi mövzular daxil edilib.

Təlim çərçivəsində iştirakçılara müxtəlif praktiki tapşırıqlar verilib və bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə imtahan keçirilib.

Noyabr ayı ərzində məlum olacaq imtahan nəticələrindən sonra yetərli bal toplamış iştirakçılar “Regional turizm bələdçisi