Qoruq və muzeylərə ödənişsiz giriş üçün bələdçilərin qeydiyyatının II çağırışı elan edilib

 

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) “2019-cu il üzrə hesabat və 2020-cu il üzrə planlar” mövzusunda toplantısı keçirilib.

Turizmplus.az saytına qurumdan verilən məlumata görə, yanvarın 14-də baş tutan tədbirdə ATBA-nın 2019-cu ildə fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən, eləcə də Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasına (WFTGA) tamhüquqlu üzv olaraq qəbul edilmənin üstünlüklərindən danışılıb.

Tədbir çərçivəsində turizm bələdçilərinin peşə keyfiyyətlərinin təkmilləşdirilməsi üçün attestasiya prosesinin təqdimatı baş tutub, həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və muzeylərə ödənişsiz giriş üçün respublika üzrə bələdçilərin qeydiyyatının II çağırışı elan