“Qırmızı papaq” tamaşası - AFİŞA

 

Mayın 15-də və 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qırmızı papaq” musiqili nağıl-tamaşanın premyerası baş tutacaq.

Rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru – Əməkdar artist Boris Qrafkindir.

Rəngarəng səhnə dekorasiyaları, işıq effektləri ilə yanaşı, orkestrin canlı ifası ilə müşayiət olunan peşəkar aktyorların oyunları, balet artistlərinin şən və dinamik rəqsləri tamaşanı daha da baxımlı edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.

Paylaş

Əvvəlkİ

Самая высокая в мире статуя Будды вновь открылась для туристов

Sonrakı

Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Подписывайся

Подписывайся на нашу рассылку