Qətərdə yay mövsümü

 

Qətər Milli Turizm Şurası iyunun 14-dən avqustun 16-dək sərfəli şərtlərlə və rəngarəng əyləncə proqramları ilə zəngin yay mövsümünün başlandığını elan edib. 80-dən çox ölkənin vətəndaşlarına tətbiq edilən vizasız rejim sayəsində Qətərə səyahət etməyi planlaşdıran insanlar üçün indi bu ölkəyə səyahət etmək hər zaman olduğundan daha asandır. Bu il “Qətərdə yay mövsümü” paketi hər bir zövqə və maddi imkana uyğun olan geniş spektrli tədbirlər təqdim edir.

Qətər Milli Turizm Şurası turizm sahəsində bütün ölkə üzrə bir sıra təkliflər irəli sürən dövlət strukturlarının və özəl sektorun səylərini birləşdirir. “Qətərdə yay mövsümü” proqramı çox cəlbedici olacaq, çünki bu ölkəyə maraq getdikcə artır. Səyahətçilər aksiyalardan və qiymət endirimindən, həmçinin bir çox tədbirləri pulsuz izləmək imkanından faydalana bilərlər.

Qətər Milli Turizm Şurasının baş katibi və “Qatar Airways” aviaşirkətinin baş direktoru Əkbər əl–Beker qeyd edib: “Bu ilin yay mövsümü Qətərdə autentik istirahətin ideal istiqaməti kimi açılacaq. İyundan avqustun ortalarınadək olan dövrdə “Qətərdə yay mövsümü” proqramı qonaqlara iki bayramda – &l