"Qərib Azər" yenidən televiziyaya qayıdır - TARİX

 

İllər öncə hər kəsin maraqla izlədiyi Azərbaycanın ən tanınmış səyahət verilişi - "Qərib Azər" yenidən efirə qayıdır.

Turizmplus.az xəbər verir ki, bu haqda məlumatı layihənin rəhbəri və verilişin aparıcısı Azər Qəribov sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, proqram yenidən özünün müəllifliyi ilə Real Tv-də 3 tam müstəqil 5 dəqiqəlik sujetdən ibarət olacaq və bu sujetlər ardıcıl olaraq həftənin cümə axşamı, cümə və şənbə günləri xəbərlər blokunda göstəriləcək. Bazar günü isə bu 3 sujet tam bir verilişdə birləşəcək və iki dəfə efirə gedəcək.