Qazaxıstanın Türkistan vilayətinin təqdimatı keçirilib - VİDEOREPORTAJ

 

Bakıda Qazaxıstanın Türkistan vilayətinin təqdimat mərasimi keçirilib. 

Turizmplus.az xəbər verir ki, tədbirdə Türkistan Turizm Mərkəzinin və tur-operatorlarının nümayəndələri, Azərbaycanın yerli Assosiasiyalarının rəhbərləri, turizm şirkətlərinin menecerləri və KİV nümayəndələri iştirak edib. 

Tədimat mərasimində Türk dünyasının önəmli tarixi və mədəniyyət mərkəzlərindən biri olan Türkistanın turizm potensialı, iki şəhər arasında işgüzar əlaqələrin genişləndirilməsi, turizm sahəsinin inkişafında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.