Qazaxıstanda ölkəmizdən 11 turizm şirkəti təmsil olunur

 

Azərbaycanın turizm potensialı Mərkəzi Asiyada təbliğ edilir.

Turizmplus.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 17 apreldə start götürən Almatıda keçirilən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” sərgisində iştirak edir.

19 aprelədək davam edəcək sərgidə ölkəmizdən 11 turizm şirkəti təmsil olunur. Sərgi çərçivəsində təşkil olunacaq konfrans və dəyirmi masalarda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri iştirak edəcəklər. 63 kv.metr sahəni əhatə edən və yeni turizm brendinə uyğun dizayn edilmiş stendimizdə video çarxlar nümayiş etdirilir, turizm potensialınının təbliğinə dair çap materialları paylanılır.

Ənənəvi olaraq hər il təşkil olunan “KİTF” sərgisi 2000-ci ildən etibarən keçirilərək Mərkəzi Asiyanın turizm sənayesinin əsas iştirakçılarını bir araya toplayaraq ünsiyyətin qurulması və B2B formatlı görüşlərin keçirilməsində xüsusi əhəmiyyətli platforma rolunu oynayır.

Paylaş

Əvvəlkİ

Возможны изменения в расписании аэропорта Дубая

Sonrakı

Reyslərin cədvəlində dəyişiklik - BUTA

Подписывайся

Подписывайся на нашу рассылку