Qatar və Livan Azərbaycanın turizm imkanları ilə maraqlanırlar


​Qatar və Livandan olan media nümayəndələrinin Azərbaycana səfərləri çərçivəsində Dövlət Turizm Agentliyində görüş keçirilib.

​Görüşdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Kənan Quluzadə, Azərbaycan Turizm Bürosunun Marketinq şöbəsinin rəhbəri Fidan Əliyeva iştirak edib.

Media nümayəndələri Azərbaycanın turizm imkanları, viza və hava yolları, yeni turizm brendi, Bakı və regionlarda mövcud olan infrastruktur və təklif olunan xidmətlər, qeyd olunan ölkələrdən Azərbaycana turist axını və digər bu kimi sualllar barəsində ətraflı məlumatlandırılıblar. Qonaqlara Azərbaycanın turizm imkanlarını nümayiş etdirən məlumatverici materiallar paylanılıb.

Məlumat üçün bildirək ki, son 5 il ərzində Qatardan Azərbaycana gələn turistlərin sayında 40 dəfədən çox, Livandan gələn turistlərin sayında isə 2.3 dəfədən çox artım müşahidə olunub.



Paylaş

Əvvəlkİ

The Landmark Hotel Baku-da sevgi bayramını qeyd et

Sonrakı

AZAL “IMTM 2019” turizm sərgisində təmsil olunur

Подписывайся

Подписывайся на нашу рассылку