Qastronomik turizmin inkişafı üçün növbəti addım

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Artishok Agency” avqustun 18-də “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda “Azeri Home Chef”in dəstəyi ilə birlikdə kulinariya üzrə ustad dərslərinə başlayır.

Layihənin keçirilməsində məqsəd müxtəlif xalqların mətbəxi ilə tanış olmaq, Azərbaycanın ləzzətli və unudulmuş yeməklərini yenidən həyata qaytarmaqdır. Proqram çərçivəsində usta aşpazlarla yanaşı, kulinariya həvəskarlarının və şəhərin qonaqlarının ustad dərsləri keçiriləcək. Ayda bir dəfə keçirilməsi nəzərdə tutulan ustad dərslərinin birinci məşğələsi Ukraynanın Müstəqillik Günü ərəfəsində ölkəmizə səfər edəcək ukraynalı qonaqlarla birlikdə təşkil ediləcək.

 

Paylaş

Əvvəlkİ

Misir istiqamətində aviabiletlər bahalaşa bilər - SƏBƏB

Sonrakı

Bazar gününə olan hava proqnozu

Подписывайся

Подписывайся на нашу рассылку