Qardan sonra yollarda vəziyyət necədir ? - AÇIQLAMA


Azərbaycanda fevralın 18-dən 19-na keçən gecən gecədən havanın kəskin dəyişməsi, qarın yağması ilə əlaqədar daha bir qurum gücləndirilmiş rejimə keçib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi son durumla bağlı məlumat yayıb.

19 fevral 2019-cu il saat 14:00-a olan məlumat belədir:

1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu - Yolun Siyəzən-Şabran hissəsində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə ara bir zəyif qar yağır. Havanın temperaturu müsbət 2-4 arası müşahidə olunur, hərəkət təmin olunur. Həmçinin Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində hal-hazırda yağıntı yoxdur, hava temperaturu mənfi 4-6 dərəcədir və yollarda lazımi tədbirlər görülərək nəqliyyatın hərəkəti təmin olunub.

2. Giləzi – Xızı -Zəif qar yağır, səhər saatlarında yollar qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hava temperaturu müsbət, dağlıq ərazilərdə mənfi temperatur müşahidə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.

3. Bakı – Qobustan - Qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə lazımi tədbirlərin görülməsi davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4. Qobustan - Şamaxı - Muğanlı - Qar yağır, şaxta yoxdur, yol qardan təmizlənmiş, qum-duz səpilmiş və hazırda bu istiqamətdə işlər aparılır. Hərəkət təmin olunub.

5. Muğanlı - Ağsu – Yevlax -Yolun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər aparılır və yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Bakı - Ələt – Hacıqabul -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7. Hacıqabul – Ucar – Yevlax - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9. Muğanlı – İsmayıllı - Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

10. İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır. Səhər saatlarından başlayaraq