"Qalapark Hotel&Restaurant"ın açılışı baş tutub - FOTOLAR

 

Mayın 4-ü "Qalapark Hotel&Restaurant" ailəvi istirahət mərkəzinin açılışı baş tutub. Belə ki, yeni açılmış məkan Şabran rayonunda - Qalaaltı sanatoriyasına yaxın ərazidə yerləşir.

Turizmplus.az xəbər verir ki, yeni istifadəyə verilmiş istirahət mərkəzində 5 - 1 VIP və 4 sadə otaq mövcuddur. VIP otağa sauna xidməti də daxildir. Mehmanxananın əsas prinsiplərindən biri insanlar üçün ev abu-havası yaratmaqdır. Bu həmin ərazidə bu formatda fəaliyyət göstərən, sağlıqlı və orqanik qidalanması ilə fərqlənən yeni məkan olacaq. Eyni zamanda burada 30 nəfərlik ziyafət zalı və 8 yemək üçün xüsusi otaqlar da fəaliyyət göstərir.

Mərkəzin sahibi Əli Mərdənovun sözlərinə görə, yaxın zamanda uşaq əyləncə meydançası və yeni kotteclərin istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, məkan əsasən ailələr üçün nəzərə tutulub və qiymətlər hər kəsin büdcəsinə uyğun olacaq.

IMG-5831

Digər şəkilləri görmək üçün linkdən istifadə edin. 

 

 

 

Paylaş

Əvvəlkİ

В Индонезии пройдёт фестиваль шоппинга

Sonrakı

“Basqal” qoruğunun inkişaf konsepsiyası təqdim olunub

Подписывайся

Подписывайся на нашу рассылку