Prezident İlham Əliyev "Yanardağ” qoruğunun açılışında iştirak edib - FOTOLAR

 

İyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlətimizin başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.

Dövlətimizin başçısı qoruğun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Dövlətimizin başçısının ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən &