Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında - “Təbiət naminə birləş! Həyat naminə birləş!

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər.

Turizmplus.az xəbər verir ki, noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.