Pinqivinlər haqqında bilmədiklərimiz, hətta düşünmədiklərimiz də - ƏLİ ƏKBƏR YAZIR

 

Doğrudan elə bilirsiz ki, pinqvinlər aydan arı, sudan duru məsum quşcuğazlardır? Buralarda olun.

Düzdü e, "vid"ləri pozitivdir, yerişləri gülməlidir. Amma yaxından CV-lərinə göz gəzdirəndə görürsən ki, onların etdiklərini ən "pasledniy" quş belə mənliyinə sığışdırmaz.

Gözdən salmaq üçün demirəm a bunları. İndi olanı budur.

Hələ 70 milyon il əvvəl Yer kürəsində var-gəl etməyə başlayan pinqvinlər, bəzilərinin fikirləşdiyi kimi, harda it havası, qar var orda yaşamırlar. Şimal qütbündə onlar ümumumiyyətlə yoxdurlar. Demək olar ki, bu vaxta kimi yaşayan bütün pinqvinlər ancaq Cənub yarımkürəsində olublar. Özü də təkcə Antarktidada yox.

Pinqvinlərin ilk nüsxələri hələ o vaxt Yeni Zelandiyada yaşayıb, adaları əhatə edən sularda günəş vannası qəbul edirdilər. Təqribən 42 milyon il əvvəl nəhəng pinqvinlər Peru sahillərini də karvansaray yolu eləmişdilər. Müasir pinqvinlərimiz, qəribə də olsa, mülayim və tropik iqlimə daha çox meyillidirlər. Qalapaqos pinqvinləri, məsələn, 18-28 dərəcə istiliyi olan ekvatorda yaşayırlar, harda ki, suyun özünün temperaturu elə +22-24 dərəcə olur. Pinqvinlərin 18 növündən yalnız Adeli pinqvinləri və imperator pinqvinləri ancaq Antarktidada yaşayıb yaradırlar. Özü də imperator pinqvinlırinin sayı o qədər çoxdur ki, onları kosmosdan da müşahidə etmək olar.

500 metr dərinliyədək baş vururlar, suyun altında da saatda 40 km s&uu