“Pegasus” aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq

 

Cari ilin yay aylarında "Pegasus" aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir, həmçinin aprelin 22-də "Türk Hava Yolları"nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə arasındakı karqo daşımalarında isə 17 min 527 ton yük daşınıb.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

Несколько неожиданных фактов о Малайзии

Sonrakı

"Bu ölkəyə yeni reyslər açmağı planlaşdırırıq" - Cahangir Əsgərov

Подписывайся

Подписывайся на нашу рассылку