Paşa Travel "Gulf Air" aviaşirkətinin Azərbaycandakı satış tərəfdaşı oldu

 

Bəhreyn Krallığının milli aviaşirkəti Gulf Air Azərbaycanın aparıcı turizm şirkətlərindən biri sayılan PAŞA Travel şirkətini Azərbaycanda ümümi satış tərəfdaşı təyin edib.

Turizmplus.az xəbər verir ki,  bu əməkdaşlıq sayəsində Gulf Air Azərbaycanda öz müştərilərinə keyfiyyətli və sərfəli avaiabiletlərin geniş seçimini təklif etməyi planlaşdırır.

"Biz Azərbaycanda Gulf Air-i təmsil etməkdən qürur duyuruq və bundan çox məmnunuq. Əminəm ki, bu tərəfdaşlıq Bəhreyn və daha uzaq ölkələri aşkar etmək istəyən səyahətçilərimiz üçün yeni yollar açacaq.” - deyə "Gulf Air" ilə əməkdaşlığın üstünlüklərini şərh edən PAŞA Travel-in baş direktoru Anar Rəhmanov bildirib.

 

 

Paylaş

Əvvəlkİ

AZAL-dan açıqlama: Narahatlığa ehtiyac yoxdur

Sonrakı

Şəki Xan Sarayı fəaliyyət göstərməyəcək

Abunə olun

Xəbərlərimizə abunə olun