Pakistanda Azərbaycanın turizm potensialı təbliğ edilib - FOTOLAR

 

Azərbaycan Turzim Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 14 turizm şirkəti Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart” sərgisində iştirak edib.

Turizmplus.az xəbər verir ki, sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və.s barədə ətraflı məlumatlar verilib.

Onlara Azərbaycanın təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalqlar arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun destinasiya sayıldığı bildirilib.

Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, ikitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılıb.

Oktyabrın 10-dək davam edəcək “Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səya