"Onlara uğurlu dərs ili və yeni-yeni müvəffəqiyyətlər arzulayıram" - FUAD NAĞIYEV

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yeni tədris ilinin başlanması münasibətilə müəllimləri və tələbələri təbrik edib. Turizmplus.az Sədrin təbrikini oxuculara təqdim edir.

"Hörmətli gənclər, əziz tələbələr, dəyərli müəllimlər!

Bu gün 2019/2020-ci tədris ilinin ilk günüdür.

Hər birinizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm və uğurlar arzulayıram.

Ölkəmizin hərtərəfli inkişafında və uğurlu gələcəyində təhsilin rolu böyükdür. Ulu Öndərin hər zaman qeyd etdiyi kimi “Təhsil millətin gələcəyidir”.

Son illərdə ölkəmizdə təhsil yeni inkişaf dövrünə qədəm qoyub. Ölkə başçısı cənab prezident İlham Əliyev tərəfindən gənc nəslin iqtisadiyyatın hər bir sahəsində, həmçinin turizmdə fəal iştirakını, inkişafını təmin etməyə yönəlmiş siyasət aparılır.

Ölkə turizminin inkişaf etdirilməsi yönündə Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də turizm təhsilinin beynəlxalq standartlara və turizm sənayesinin tələblərinə uyğun inkişafına nail olmaqdan ibarətdir. Həmçinin müxtəlif turizm ixtisasları üzrə bilikli, peşəkar, yenilikçi və rəqabətqabiliyyətli kadrların hazırlanması bizim əsas məqsədimizdir.

Müvafiq biliklərə yiyələnərək onları daim zənginləşdirmək, eyni zamanda düzgün istiqamətdə istifadə etmək isə siz gənclərin üzərinə düşür.

Bilik əldə etmək yolunda atacağınız hər bir addım şəxsinizin və ölkəmizin inkişafına qoyacağınız əvəzedilməz sərmayədir.

Bir daha Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbinin tələbə heyətinin timsalında bütün tədris ocaqlarında təhsil alan tələbə və şagirdləri təbrik edir, onlara uğurlu dərs ili və yeni-yeni müvəffəqiyyətlər arzulayıram".

Hörmətlə,
Fuad Nağıyev
Dövlət Turizm Agentliyinin sədri

Paylaş

Əvvəlkİ

AZAL-ın Tarif siyasəti şöbəsinin rəisi sualları cavablandıracaq

Sonrakı

Еще один ураган набирает силу у берегов Флориды и Багам

Abunə olun

Xəbərlərimizə abunə olun