Ölkəmiz Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində - TAM SİYAHI

 

Azərbaycanın 2019-cu ildə Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində (The Travel and Tourism Competitiveness Report 2019) 140 ölkə arasında tutduğu yer açıqlanıb. Ölkəmiz turizm sektorunun bir çox tanınmış liderini qabaqlayaraq 71-ci yerdə qərarlaşıb.

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, reytinqlərin yekun variantı Beynəlxalq İqtisadi Forumunun rəsmi saytında yerləşdirilib. Məhz bu forum hər iki ildən bir müxtəlif ölkələrin bazarlarının təhlilini aparır. Azərbaycan ümumi siyahıda İordaniya, Tunis, Dominikan Respublikası, Filippin, həmçinin regionun bir çox ölkələri – İran, Qazaxıstan, Ukrayna, Ermənistan və digərlərini geridə qoyub. Reytinq cədvəlinin önündə İspaniya və Fransa, sonunda isə Çad və Yəmən qərarlaşıblar.

Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində turizm sektorunun dayanıqlı inkişafını təmin edən, ölkənin tərəqqisinə və rəqabətqabiliyyətliliyinə şərait yaradan bir sıra amil və şərtlər qiymətləndirilir.

Ümumi təsnifatla yanaşı, ixtisaslaşdırılmış sahələr üzrə reytinqlər də təqdim edilib. Məsələn, “Biznes-mühit” siyahısında Azərbaycan 7 mümkün baldan 5,1-ni toplayaraq 28-ci yeri tutub. Bu göstərici üzrə ölkəmiz Avstriya, İspaniya, Türkiyə, Rusiya və regionun əksər ölkələrini geridə qoyub. Siyahının əvvəlində Honkonq, sonunda isə Venesuela yer alıb.

“Təhlükəsizlik” reytinqində Azərbaycan 38-ci yerd