Noyabrın ən punktual aviaşirkətləri - SİYAHI

 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Eyni zamanda bir neçə aviaşirkət – “Etihad Airways”, “Iraqi Airways”, “Lufthansa”, “Kuwait Airways” və “China Southern” Bakıdan uçarkən ən yüksək nəticəyə - 100% punktuallığa nail olub.

"Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "İran Air", "flyNAS", "Uzbekistan Airways", "Belavia" və "Qatar Airways" planlaşdırılmış uçuşların ən azı 90% -i yerinə yetirib. “Nordwind” (88.9%) və “Turkish Airlines” (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstərib.

Ümumilikdə, 2019-cu ilin noyabr ayında Bakının hava limanından uçuşların 81% -i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilb.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərib.

Paylaş

Əvvəlkİ

“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib - FOTOLAR

Sonrakı

Гид «Мишлен» и TripAdvisor теперь вместе. Что они будут делать?