Neşet Koçkar “İnturist” turizm operatorunu alıb

 

Türkiyənin “Anex Tourism” şirkətinin sahibi Rusiyanın məşhur “İnturist” şirkətini alıb.

Türkiyənin “Anex Tourism” holdinqinin rəhbəri Neşet Koçkar Britaniyanın “Thomas Cook Group” şirkətinin səhmlərinin 6,71 faizinə sahibdir. Rusiyada “Thomas Cook Group” məşhur “İnturist” şirkəti ilə təmsil olunur.

Neşet Koçkar “Thomas Cook Group” ilə sövdələşmə imzalayaraq “İnturist” turizm operatorunu alıb. O, bu il 90 yaşını qeyd edəcək əfsanəvi turizm brendi olan “İnturist”in adını saxlayacağını və şirkəti inkişaf etdirəcəyini bildirib.

Paylaş