"Nəhənglərin cığırı"ndan FOTOREPORTAJ - FƏRİD NOVRUZİ

 

Dünyamızın daha bir möcüzəli yeri olan “Giants Causeway”, yəni Nəhənglərin Cığırı.

Buranın yaradılışı hələ də müəmmalı olaraq qalır. Alimlər belə ideal şəkildə düzülən daşların insan oğlunun əli dəymədən necə əmələ gəlmə səbəbini bu günə kimi açıqlaya bilmirlər. Buranın relyefi və daşların tərkibi vulkanikdir, ətrafda qayalara çevrilmiş lavaları görmək mümkündür.

40 min ədəd arı şanı tək bir-birinə bitişik və Atlantik Okeanın suları ilə əhatə olunan bu unikal məkan Şimali İrlandiyada yerləşir və Böyük Britaniyanın təbii möcüzələri sırasında birinci yeri almaqdadır.

Buralara yolunuz düşsə mütləq gəlin, Belfastdan buraya iki saatlıq yoldur. Mən 30 funta avtobus turu aldım və heç də peşman olmadım. 

Paylaş

Əvvəlkİ

Увеличилось число иностранцев, приезжающих в Азербайджан

Sonrakı

Названа лучшая страна для любителей вина, Французы в шоке

Abunə olun

Xəbərlərimizə abunə olun