Naxçıvanın qış turizminin ideal məkanı - AĞBULAQ

 

Qeyri-neft sektorunun inkişafına mühüm töhfə olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. 2012--ci ildən fəaliyyətə başlayan mərkəzə üz tutan turistlərin sayı ilbəil artır. Hər bir ölkənin iqtisadi tərəqqisi həm də həmin ölkədə turizmin inkişaf göstəricisi ilə ölçülə bilər. Bəs bu göstərici nədir? Həmin ölkəyə turist axınının ilbəil artması, otellərin və istirahət mərkəzlərinin tikintisi və ən əsası bu sektorun  gəlir gətirən sahələrdən birinə çevrilməsi. Bu mənada gəlir gətirən sahələrdən birinə çevrilən “Şahdağ” Turizm Mərkəzinin fəaliyyət istiqamətlərinin və xidmət çeşidlərinin artırılması dövlətin diqqət mərkəzindədir. Dekabrın 27-də ölkə başçısının “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə maraqlanması və Mərkəzin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verməsi dediklərimizin əyani sübutudur. Ağbulaq Xizək Mərkəzinin də yaradılması muxtar respublikanın turizm sektoruna mühüm töhfə olacaq. Naxçıvan Muxtar Respublikasında turizm sektorunun inkişaf tarixi çox da keçmişə dayanmasa da, qısa zaman kəsiyində uğurlara nail olunub.

80967827-451907415481488-8597519989576040448-n

Muxtar respublika geniş turizm imkanlarına malikdir. 5 min illik şəhər mədəniyyəti olan Naxçıvan hər şeydən öncə Nuhun vətəni kimi turistləri cəlb edir. Bəşər sivilizasiyasının beşiyi olan bu qədim yurd yeri özündə M&oum