Naxçıvana aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti olaraq mümkün olmayacaq

 

www.azal.az saytında həyata keçirilən texniki işlərlə əlaqədar 8 yanvar 2020-ci il tarixindən sonra yerinə yetirilən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti olaraq mümkün olmayacaq.

AZAL-dan Turizmplus.az verilən məlumata görə, texniki işlərin 7 yanvar 2020-ci ildə başa çatması planlaşdırılır. Qeyd edək ki, 8 yanvardan əvvəl yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyyətsiz aparılacaq.