Naxçıvan və Lənkəranda olan bir neçə məkan da Dünya İrs Komitəsinə təqdim olunacaq

 

"Şəki şəhərini bu gündən etibarən göz bəbəyi kimi qorumalıyıq. Şəhərin memarlığını, adət-ənənələrini qoruyub saxlamalıyıq. Şəki şəhəri tək şəkililərə məxsus deyil, bu, bəşəriyyətin bir incisidir. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan üçün qürurverici bir haldır".

Bunu UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, bu, fövqəladə hal kimi Azərbaycan xalqının tarixində qalacaq.

Nazirin sözlərinə görə, artıq 1121 məkan UNESCO-nun Dünya Mədəni İrs siyahısında yer  alır: "Azərbaycanın 3 məkanı bu siyahıdadır. Azərbaycanın 13 irsi isə UNESCO-nun qeyri-mədəni irs siyahısındadır. Biz bu işi davam etdirəcəyik".

Əbülfəs Qarayev həmçinin bildirib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasında yeni tövsiyələr də ver