Monteneqro və Taylanda erkən rezervasiyalar başlandı - ELAN

 

Novruz Bayramı üçün Tayland turlarının, eyni zamanda iyul ayının 2-dən Sentyabr ayının 10-dək Bakı – Tivat (Monteneqro) çarter uçuşlarının və bu uçuşlara daxil olan tur paketlərin erkən rezervasiyasına başlanılıb.

"Pasha Holidays"dən Turizmplus.az-a verilən məlumata görə, menecerlər “Travel Professional Group” tur operatorunun onlayn rezervasiya sisteminə təqdim olunan link vasitəsi ilə keçid əldə edə bilərlər: https://www.tpg.ua/.

Bakı - Tivat - Bakı reysinin uçuş detallarını nəzərinizə çatdırırıq: 

Gediş: BAKI - TİVAT GYDTIV 07:50 - 09:45
Dönüş: TİVAT - BAKI TIVGYD 10:45 - 16:30

Bununla yanaşı şirkətdən saytımıza bildirilib ki, Taylanda uçuşlar "Gulf Air" hava yolları vasitəsilə həyata keçiriləcək. Agentliklər bu turları da TPG sistemindən əldə edə bilərlər. Novruz bayramına təsadüf edəcək uçuş cədvəli aşağıdakı kimi olacaq:

GF 082  / 21MAR BAKU BAHRAIN  - 14:40 - 18:45           

GF 152  / 21MAR BAHRAIN BANGKOK - 22:25 - 08:55+1          
 
GF 151  /30MAR BANGKOK BAHRAIN - 21:30 - 00:15+1                                     

GF 047 / 31MAR BAHRAIN BAKU - 01:20+1 - 05:00+1                     

<