Misir səfiri Azərbaycan-Misir arasında turizm əlaqələri barədə danışıb - VİDEO

 

Azərbaycan və Misir arasında turizm əlaqələrinin möhkəmləndirilməsi yolunda növbəti tədbir baş tutub.

Turizmplus.az xəbər verir ki, sentybarın 23-də baş tutan tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim, Qazaxıstan Hava Yollarının, Misirin aparıcı otellərinin, eləcə də yerli turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Səfir Adel İbrahim tədbirdən öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, Bakı-Şarm əl-Şey birbaşa reysinin açılmasından keçən dövr ərzində Şarm əl-Şeyxə səfər edən azərbaycanlı turistlərin sayında artımın müşahidə olunmasını yüksək qiymətləndirərək, bunu iki ölkə arasında olan turizm əlaqələrinin inkişafının genişləndirilməsində böyük rol oynadığını bildirib.

Səfir həmçinin Misir turizminin əvvəllər olduğu kimi son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayıb. 

Konfransdan sonra yerli turizm şirkətləri ilə Misir turizm nümayəndələri arasında B2B görüşlər keçirilib.

Paylaş

Əvvəlkİ

В Баку пройдет самый масштабный семинар по международным круизам

Sonrakı

Британцы приступили к эвакуации туристов Thomas Cook домой

Abunə olun

Xəbərlərimizə abunə olun