Misir istiqamətində aviabiletlər bahalaşa bilər - SƏBƏB

 

Qahirə ölkənin aeroportlarının təhlükəsizliyinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün mənbələr tapıb. Misir Mülki Aviasiya Nazirliyi aviasərnişinlərdən tutulan rüsumların məbləğinin artırılması və yeni rüsumlar tətbiq edilməsi barədə qərar qəbul edib.

Noyabrın 15-dən başlayaraq Misir aeroportundan beynəlxalq mütəmadi, yaxud çarter reysi ilə uçan hər bir sərnişindən 25 dollar rüsum tutulacaq. Hazırda uçuş üçün vergi 20 dollardır. Daxili reyslərlə uçan sərnişinlər də xərcə düşəcəklər, çünki onlardan da rüsumlar tutulacaq, lakin onlar cəmi 5 dollar ödəyəcəklər.

Bundan əlavə, aeroport xidmətinə görə rüsumlar 15 faiz artırılacaq.

Yeniliklər bununla bitmir. Misir aeroportlarında təhlükəsizlik sistemlərinin və prosedurlarının işlənib hazırlanması və tətbiqi üçün səyyahlardan xüsusi rüsumlar tutulacaq. Noyabrın 15-dən bütün aeroportlarda hər bir sərnişin bu məqsədlər üçün 2 dollar ödəyəcək. Lakin Şarm əş-Şeyxə uçanlar iki dəfə çox - 4 dollar ödəməli olacaqlar. Planlaşdırılan rüsumlar həm Amerika dolları, həm də dollara ekvivalent olan Misir dinarı ilə tutulacaq. Nazirliyin sərəncamında sərnişinlərin aviasiya təhlükəsizliyi üçün rüsumları necə ödəyəcəyi barədə heç nə deyilmir. Lakin həmin məbləğ, çox güman, aviabiletin qiymətinə əlavə ediləcək.

Müstəqil Misir KİV-lərinin yaydığına görə, yeni rüsumların tətbiqinin səbəbi bir sıra Avropa ölkələrinin aviasiya sahəsində təhlükəsizlik tədbirləri kompleksinin həyata keçirilməsi üçün Misirə borc verməkdən və ya qrant ayırmaqdan imtina etməsi ilə bağlıdır.

Paylaş

Əvvəlkİ

Prezident İlham Əliyev “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olub - FOTOLAR

Sonrakı

Qastronomik turizmin inkişafı üçün növbəti addım

Подписывайся

Подписывайся на нашу рассылку