Milli Yaylaq Festivalı - Gədəbəy

 

May-iyun ayları ərzində Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslübda “Yaylaq Yurdu” adlı etno-qəsəbənin yaradılacağı nəzərdə tutulub.

Turizmplus.az xəbər verir ki, etno-qəsəbənin ərazisində yaşayış yurdları(alaçıqlar) ilə yanaşı Cıdır Meydanı, “Yaylaq(k/t) bazarı”, “Sənətkarlıq güşəsi”, “Dədə Qorqud ocağı”(tamaşalar üçün səhnə), “Yaylaq yatağı”(k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı”(yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi”(yaylaq kulinariyası) və digər tematik sahələr yaradılacaq. Yaradılmış etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

İyul ayının son həftəsonu, 26-28 iyul tarixlərində etno-qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) düzənlənəcək.

Ətraflı məlumat üçün linkdan istifadə edin.

Paylaş

Əvvəlkİ

5 причин посетить Мальту

Sonrakı

На острове Бали пройдёт фестиваль культуры

Подписывайся

Подписывайся на нашу рассылку