Meşədə 4 gün tək - I və II BÖLÜM

 

Bu həftədən etibarən Ayxan Ağayusiflinin "Meşədə 4 gün tək" layihəsini və ya öz dili ilə desək həyat tərzini izləyicilərimizə təqdim edəcəyik.

Turizmplus.az saytının nümayəndəsi bu layihə haqqında müəlliflə kiçik söhbət edib. 

- Layihənin məqsədi nədir?

Belə deyim, nə məqsəd var, nə də ki bəlli olan bir şey. Bu uzun müddətdir ki, sevdiyim, məşğul olduğum bir şeydir. Amma bu heç məşğuliyyət də deyil düzünü desəm. Yaşam tərzi də desəm, çox pafoslu səslənəcək. Belə deyək, mən bundan zövq alıram və belə də davam edir. Öncələri də hər zaman bu tip şeylər eləmişəm, gedib meşədə günlərlər tək qaldığım, yollarda olduğum da olub. Öncələri də bəzən bu tip videolar çəkib Youtube üzərindən paylaşdığım olub. Sadəcə bu sonuncuda bir az daha yaxşı çəkimlər alınıb yəqin ki. Çünki özüm bunu etməkdən zövq alıram. Həm o anları yaşamaqdan, həm də o anları kadra almaqdan. Düzdür, bəzən anın möhtəşəmliyi kadr və s. şeylərini arxa planda qoyur. Sırf özündə saxlayırsan. Amma fürsət olduqca da çəkib paylaşıram. Bu tip "bushcraft" videoları əslində çoxdur, sadəcə bizim ölkədə çox bilinmir.

- Neçə bölüm davam edəcək?

Düzünü desəm, neçə bölüm olacağını özüm də bilmirəm. Əslində bu bir layihə deyil ki, bəs filan günlük gedim video çəkib qayıdım. Sadəcə mənim yaşam tərzim belədir bir az. 2 gün şəhərdə, 3 gün dağda, 1 gün şəhərdə, 5 gün meşədə. Təxmini bunun kimi bir şeydir yəni.  Ancaq sırf o meşədə, o yerdə olan videolar yəqin ki, 5-6 bölüm olacaq ən azından. Sonra da davam edəcək. Sırf o 4 gün sadəcə ora aiddir, amma hələ çox yer var.

İndi isə I və II bölümləri izləyicilərimizə təqdim edirik: 

 

 

Paylaş

Əvvəlkİ

"Azərbaycan Hava Yolları" reklam meneceri axtarır - İŞ VAR

Sonrakı

Azərbaycana Baltikyanı ölkələrdən gələn turistlərin sayı açıqlanıb

Abunə olun

Xəbərlərimizə abunə olun