"Mərkəzdən eniş üçün icazə verilmədiyi barədə təlimat almamışıq" - Parçalanmış təyyarənin pilotu

 

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzası ilə əlaqədar köməkçi pilotun ilkin ifadəsi alınıb.

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, pilot hadisə baş verən gün mərkəzdən eniş üçün icazə verilmədiyi barədə heç bir təlimat almadıqlarını bildirib. O, təyyarənin uçuş-enmə zolağına endikdən sonra sürüşməyə başladığını qeyd edib.

Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.

 

Paylaş

Əvvəlkİ

Avropanın 10 ən romantik şəhərindən biri - BAKI

Sonrakı

Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayında artım var