"Məqsədimiz hər hansı oteli cəzalandırmaq deyil" - FLORİAN ZENQSTŞMİD

 

Bu gün Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsi görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimi baş tutub.

Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "Əgər müəyyən 5 ulduzlu otellər lazımı standartlara cavab vermirsə, onların ulduzları azaldılacaqmı?" sualına da fikir bildirib. 

"Bizim əsas məqsədimiz hər hansı oteli cəzalandırmaq deyil, əksinə onun xidmət keyfiyyətini layiq olduğu otel səviyyəsinə qaldırmaqdır. Ümid edirik ki, bu standartlarla və müəyyən işlər həyata keçirməklə müəyyən ulduz səviyyələrində olan otellər öz ulduz səviyyələrində qalacaqlar. Məqsədimiz xidmət keyfiyyətini yüksəltməkdir" - deyə Baş icraçı direktor bildirib.