"Mən siz tərəfdəyəm! " - RÜFƏT BAĞIROV

 

Fevralın 9-da Azərbaycan Respublikasında növbədənkənar parlament seçkiləri baş tutacaq.

Turizmplus.az xəbər verir ki, bu seçkilərdə turizm sahəsindən olan  insanlar da öz namizədliklərini irəli sürüblər. Onlardan da biri Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırovdur. O, Gəncə şəhəri 37 saylı Nizami Birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Rüfət Bağırovu yaxından tanıyaq...

Rüfət Bəxtiyar oğlu Bağırov - 11 oktyabr 1988-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-2007-ci illərdə Gəncə şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil almışdır. 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr üzrə “Ümumi İqtisadiyyat” (Dövlət iqtisadiyyətinin tənzimlənməsi), 2014-2016-cı illərdə, həmin universitetin magistr dərəcəsi üzrə “Biznesin idarə edilməsi” (MBA) fakultəsində təhsil almışdır.

Karyerasına bir sıra özəl təşkilatlarda mühüm vəzifələrdə işləməklə başlamışdır. Hazırda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi nəznində Bakı Turizm İnformasiya Mərkəzinin direktorudur.

Bakı şəhərinin rəsmi turistik kartı olan “BakuCard”ın ideya sahibi və rəhbəridir.

2018-ci ildən etibarən BMT-nin Ümumdünya Turizm Təşkilatının affiliativ üzvüdür.

2019-cu ildə R.Bağırovun təşəbbüsü ilə Bakıya səfər edən turistlərin işini asanlaşdırmaq məqsədi ilə 3 yeni turist info mərkəzlər açılıb: Beynəlxalq Hava Limanında, Bulvar ərazidində və Nizami küçəsində.

BMT-nın Ümumdünya Turizm Təşkilatının Bakı şəhəri üzrə assosiativ üzvüdür.

2018-ci il sentyabr ayının 27-də Turizm Günündə ölkəmizə səfər edən hər bir qonağa milli şirniyyatımız olan “Şəkərbura” təqdim etməklə tədbir həyata keçirmişdir.

2019-cu ildə Novruz Bayramı ərəfəsində Bakı şəhərinin qonaqları və yerli əhali üçün Novruz Festivalı təşkil etmişdir.

Bakı şəhərində yerli əhalinin və turistlərin marağını cəlb edən “Küçə sənətçiləri” adlı layihəni təşkil etmişdir.

Bakı şəhərində turistlərin ziyarət yerlərini daha da asanlaşdırmaq üçün 2 istiq