Meksikaya gedən azərbaycanlı turistlərin sayı artıb

 

Ötən il Meksika ilə Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 26,2 mln dollar olub.

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bu ildə bu göstəricilərin ötən il ilə müqayisədə artacağı gözlənilir. 

2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana olan ixracatın həcmi 35,74% artıb, həmin dövrdə Azərbaycandan Meksikaya ixracatın həcmi isə 12,44% çoxalıb.

"2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8,93%, Meksikada isə azərbaycanlı turistlərin sayı 19,06% artıb. Ümumilikdə, bu səfirliyin açılmasından etibarən (2014-2018) ikitərəfli turist axınları 20% artım baş verib. Azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər”, - məlumatda bildirilir.