May ayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər - STATİSTİKA

 

2019-cu ilin may ayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər.

Turizmplus.az xəbər verir ki, may ayı üzrə, demək olar ki, bütün ölkələr və bölgələr üzrə səyahətçi sayının artması müşahidə olunub. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18% və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib.

Bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür. Qərbi Avropa regionu 102% göstərici ilə Azərbaycanın turizm statistikasında daim öndə olan digər ölkələri xeyli dərəcədə geridə qoyaraq 2 dəfə artıb.

Bu göstərici böyük ehtimalla mayın 29-da UEFA Avropa Liqasının final oyununu izləməyə gəlmiş futbolsevərlərin Bakıya axınının nəticəsində baş verib.

Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında 58% və ya 4 min nəfər qeydə alınaraq əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Yekun olaraq, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin ümumi sayı 2018-ci ilin eyni dövrünə nisbətdə 4% artıb.

Məlumatları daha ətraflı Azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün: https://bit.ly/2xrvjet 

Paylaş

Əvvəlkİ

Azərbaycandakı bir neçə məkanın UNESKO-nun Dünya İrs Siyahısına salınmasını təklif ediləcək

Sonrakı

Специалисты обнаружили еше одну проблему в самолетах БОИНГ серии max

Подписывайся

Подписывайся на нашу рассылку