“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Xəzər rayon İcra Hakimiyyəti ilə birgə ətrafı qanunsuz olaraq hasarlanan Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən qayaüstü təsvirlər olan “Mağara” abidəsinə müdaxilənin qarşısı alınıb.

Turizmplus.az xəbər verir ki, bir müddət öncə böyük tarixi əhəmiyyətə malik olan abidə naməlum şəxslər tərəfindən qanunsuz hasarlanaraq üzərində tikinti işləri aparılmışdı. Hazırda qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub. Tarixi abidənin ətrafının tam təmizlənməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları baş verib, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxardılaraq, abidənin  ətrafı hasarlanıb.

Paylaş

Əvvəlkİ

"Məsələlər mərhələli şəkildə öz həllini tapacaq, buna bir az vaxt lazımdır" - GÖYDƏNİZ QƏHRƏMANOV

Sonrakı

Niyə təyyarənin pəncərələri yuvarlaqdır? - İNFORMASİYA

Подписывайся

Подписывайся на нашу рассылку