Limon Festivalı keçiriləcək - 16 FEVRAL

Fransanın Menton şəhərində 16 fevraldan 3 mart tarixlərində Limon festivalı (Fête du Citron) keçiriləcək.

Turizmplus.az xəbər verir ki, 86-cı Limon festivalında ziyarətçilər yarmarka, konsert, orxideya güllərinin sərgisi və limonlardan maraqlı kompozisiyalar görə biləcəklər. Bu limondan heykəllərin yaradılmasında 15 ton sitrus istifadə olunur.

Qeyd edək ki, giriş bileti 10 avro təşkil edir. Hər il limon festivalına orta hesabla 200.000 nəfər ziyarət edir.