Kruiz gəmiləri üçün nəhəng liman inşa ediləcək

 

Türkiyənin ən böyük şəhəri olan İstanbulda kruiz gəmiləri üçün nəhəng liman inşa ediləcək. Şəhərin Yenikapı rayonunda tikiləcək limanının açılışından sonra İstanbul dünya kruiz turizminin mərkəzinə çevriləcək.

Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Cahit Turhan deyib.

Yeni liman barədə məlumat verən nazir bu layihə üçün keçirilən tenderin gələn il tamamlanacağını bildirib.

Liman istifadəyə verildikdən sonra Türkiyənin, o cümlədən İstanbulun kruiz turizminin başlanğıc və son nöqtəsi olacağını deyən nazir layihənin qısa müddətdə tamamlanacağını bildirib.

Yeni lamana eyni anda səkkiz kruiz gəmisinin girə biləcəyini qeyd edən C.Turhan, burada ümumi uzunluğu üç min metr olan limanın və ümumi sahəsi 30 min kvadratmetr nəzərdə tutulan gözləmə salonunun inşa ediləcəyini söyləyib.

Onun sözlərinə görə, bu gün dünya turizmində kruiz turizminin payı iki faizdir ki, bu da kruiz turizminin böyük potensial olmasından xəbər verir. Bildirilib ki, 2003-2009-cu illərdə Türkiyədə kruiz turizminin illik artımı orta hesabla 23 faiz təşkil edib.

2009-cu ildəki iqtisadi böhranın kruiz turizmi sahəsinə də mənfi təsir göstərdiyini qeyd edən C.Turhan 2010-cu ildən etibarən bu sahənin inkişaf tempinin bərpa olunduğunu deyib. Bildirilib ki, 2013-cü ildən bu günədək kruiz laynerləri vasitəsilə Türkiyəyə təxminən 2.24 milyon turist gəlib.

Nazir yeni limanın İstanbulun turizm potensialını dünyaya göstərməyə də öz töhfəsini verəcəyini vurğulayıb.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

Turizm şirkətləri ilə müştərilər arasında yaşana biləcək problemlər necə önlənəcək? - MÜZAKİRƏLƏR

Sonrakı

В Баку построили 2100-тонный мост на высоте 120 метров - ФОТО

Подписывайся

Подписывайся на нашу рассылку