Koronavirus Azərbaycandan Çinə gedənlərin sayının azalmasına səbəb olub - AÇIQLAMA

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspert Şurasının turizm bazarında apardığı ilkin monitorinqin nəticəsinə əsasən bu il yanvarın əvvəlindən Azərbaycandan Çinə gedən vətəndaşların sayında 50 faizə yaxın azalma müşahidə edilir.

Turizmplus.az Trend-ə istinadən xəbər verir ki, bunu Assosiasiyanın mətbuat katibi Orxan Bədəlov deyib.

Onun sözlərinə görə, həmin müddətdə Çindən Azərbaycana gələn turistlərin sayında 20 faizə yaxın azalma qeydə alınır.

Assosiasiya rəsmisinin dediyinə görə, “AZAL” martın 8-dək Çinə olan bütün uçuşları təxirə salıb:

“Dünən isə Çin Hava Yolları Azərbaycandan Çinə, Çindən Azərbaycana olan reysləri təxirə salıb və insanlara müraciət edib ki, fevral, mart ayına qədər bilet alan şəxslər ya biletin tarixini dəyişə, ya da geri qaytara bilərlər”.

Qeyd edilir ki, Azərbaycandan Çinə gedən vətəndaşların sayındakı azalmanı tam olaraq, həmin ölkədə k